“Şərəf və ləyaqətim alçaldılıb”

seref-ve-leyaqetim-alcaldilib
Oxunma sayı: 2359


“Artıq konsertə az bir müddət qalıb. Mən deməyəcəm ki, sizi super şou, tayıbərabəri olmayan konsert gözləyir. İstəyirəm ki, konsertim haqda bu sözləri siz mənə deyəsiniz. Məşqlər davam edir, xaricdən gələn rəqs qrupu artıq Bakıdadır. Siz konsertdə fərqli Natavan görəcəksiniz. Mikrafonumda xaricdən gəlib, adam onunla oxuyanda müğənni olduğunu hiss edir. Bu qədər qara piarın içərisində Roland bu konserti etməyi bacarır. Bu hər kişinin işi deyil. Neçə min biletdən artıq 400-ü qalıb. Röya ilə Elnarəni də dəvət etmişəm, vaxtları olsa, gələcəklər. İstəyirəm ki,  dostlarım məni oturub izləsin, mənlə səhnəni bölüşməsin. Səhnəni mənlə tələbələrim bölüşəcək. Görəcəksiniz ki, necə istedadlı ifaçılardır. Bu mənim ilk konsertimdi, hər şeyin yüksək səviyyədə olmasını istəyirəm. 

Daha sonra sənətçi xalq artisti Aygün Kazımova, prodüserlər Tolik və Zoriki məhkəməyə verməyindən söhbət açıb: 

"Onlar mənim şərəf və ləyaqətimi alçaldıb. Şərəf və ləyaqət satılmır. Yalnız məni deyil, ailəmi də təhqir ediblər. Mən pul, alacağım  təzminat haqda düşünmürəm, onlar başqa cür cavab versinlər istəyirəm. Allah hamısının canını sağ eləsin, hər birinə təşəkkür edirəm. Mayın 24-də baş tutacaq konsertimə gözəl piar etdilər. Etmək istədikləri pislik mənim xeyrimə oldu. Bütün bunları çox səmimi deyirəm. Məhkəməyə müraciət etmişəm, lakin bu haqda geniş açıqlama konsertimdən sonra verəcəm. İstəmirəm başqa işlər konsertimə kölgə salsın".

Könül