Serenin yerinə o aparıcı olacaq - Gülbənə zərbə...

Serenin yerinə o aparıcı olacaq
Oxunma sayı: 2205

Bu gün həbsxanaya girən Seren Serengilin yerinə “Duymayan kalmasın” verilişində aparıcılıq edəcək şəxsin kimliyi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, maqazin proqramını üç gün müğənni Demet Akalın aparacaq. 

Bu barədə verilişin digər şərhçisi Cengiz Semercioğlu məlumat yayıb: “Dostluq belə günlərdə ortaya çıxır. Seren Serengilin stolunda Demet Akalın oturacaq”.

Bildirək ki, Seren Serengil “Hürriyet” qəzetinə mövzu ilə bağlı açıqlama vermişdi: “Mən xəyanət məsələsi ilə bağlı danışmışam. O evli biri ilə görüşüb və həmin şəxsin xanımı Yasəminə dəstək olmuşam. Həbs onla bağlı verilib ki, məhkəmə prosesi zaman G. Ərgən barədə danışmaq olmaz. Mən isə bu qərardan sonra efirdə açıqlamalar vermişəm.  Dedim ki, bu mövzuda danışacam, susmayacam. İndi 3 gün içəridə olacam”. 

Xatırladaq ki, Gülben Ərgən ilə Demet Akalın uzun müddət rəfiqə olub.  Son zamanlar Serengillə yaxınlaşan Akalın iki sənətçi arasına yaşanan qalmaqala qarışmış, Ərgəni instaqramdan silmişdi. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi