Sergey Lavrovun Bakı səfəri yalan çıxdı

sergey-lavrovun-baki-seferi-yalan-cixdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, təkzib bəyanatı Rusiya XİN-in rəsmi facebook səhifəsində yerləşdirilib: “Bir sıra KİV-də Bakıda keçiriləcək (11- 13 aprel) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda guya Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun iştirak edəcəyi ilə bağlı yanlış informasiyalar gedib.

Bununla bağlı bildirmək istəyirik ki, bu müddət ərzində nazirin qrafikində əvvəldən planlaşdırıldığı kimi Londonda “Səkkizlik” ölkələrinin xarici işlər nazirlərinin Şurasında iştirak və Cenevrədə beynəlxalq təşkilatların rəhbərləri ilə görüş var”.

Qeyd edək ki, Sergey Lavrovun aprelin 11-13-də Bakıda keçiriləcək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ümumdünya forumunda iştirak edəcəyi barədə məlumatlar yayılmışdı.