“Sergey Lavrovun bəyanatı Rusiyanın fəaliyyətini şübhə altına alır”

sergey-lavrovun-beyanati-rusiyanin-fealiyyetini-subhe-altina-alir
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsilə bağlı Milli Məclisin müzakirəsinə verilən qanun layihəsi ilə bağlı olub. Sənəd ətrafında ciddi müzakirə aparan İdarə Heyətinin üzvləri qanun layihəsinin müzakirəyə çıxarılmasını müsbət tendensiya kimi dəyərləndiriblər.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri və Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatlarla bağlı olub. İdarə Heyəti Sergey Lavrovun Transxəzər layihəsinə və Azərbaycanın işğal altında olan ərazilərinə münasibətdə səsləndirdiyi fikirləri beynəlxalq hüquq normalarına və Azərbaycanın suveren hüquqlarına kobud müdaxilə kimi qiymətləndirib. Heyət hesab edir ki, Sergey Lavrovun bəyanatları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə həmsədrlik edən Rusiyanın fəaliyyətini bütövlükdə şübhə altına alır, eləcə də bu ölkənin beynəlxalq hüquq normalarına, işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasıyla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sayğısız münasibətini ortaya qoyur və problemin ədalətli həllinə ciddi maneələr yaradır.

BAXCP İdarə Heyətinin müzakirə etdiyi sonuncu məsələ partiya Ali Məclisinin aprelin 14-də keçiriləcək sessiyası ilə bağlı olub. İclasda Ali Məclisin sessiyasının qurumun müzakirəsinə təqdim olunacaq gündəliyi müəyyənləşdirilib.