“Sergey Skripal əclafdır” - Putin

sergey-skripal-eclafdir
Oxunma sayı: 2508

Rusiya prezidenti Vladimir Putin keçmiş rus agent Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, RF lideri ölkəsinin zəhərlənmə ilə əlaqəsinin olması haqda iddiaları rədd edib. Onun sözlərinə görə, jurnalistlər Skripalı az qala müdafiəçi kimi qələmə verməyə çalışırlar: “O, casusdu r- vətəni satan satqın. Sergey Skripal satqın və əclafdır”.  

Vladimir Putin onu da vurğulayıb ki, “Skripal işi”nin ətrafında az qala informasiya kampaniyası aparılıb və ümid edir ki, bu, tezliklə bitər.

Aysel Kərimova