Sərhəd bölgəsində baytarlıq baxışı

serhed-bolgesinde-baytarliq-baxisi
Oxunma sayı: 1065

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qərb bölgəsinin-Qazax, Tovuz və Goranboy rayonlarının sərhəd kəndlərində səfərdə olub. 

KTN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər əhalinin fərdi təsərrüfatlarında saxlanılan heyvanların xəstəliklərə qarşı profilaktik peyvəndlənməsi, şəffaflığın təmin edilməsinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək məqsədi ilə təşkil olunub.  

Səfər çərçivəsində B. Rzayev Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndində, həmçinin digər cəbhəyanı ərazilər- Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fermer və sahibkarla görüşüb. B.Rzayev xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyar dermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.