Sərhəd danışıqlarına dair növbəti iclas Tbilisidə olacaq

Sərhəd danışıqlarına dair növbəti iclas Tbilisidə olacaq
Oxunma sayı: 349

Mayın 23-24-də Bakıda Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Gürcüstan Hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.

Görüşdə həmçinin, ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.

Eləcə də, tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılacaqdır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi