Sərhəd xidmətinin əsgəri qətlə yetirildi

serhed-xidmetinin-esgeri-qetle-yetirildi
Oxunma sayı: 637

Dövlət Sərhəd Xidmətətinin hərbi hissələrindən birində əsgər bıçaqlanıb. Bu barədə Moderator.az-a hərbi hissədə bıçaqlanaraq, öldürülən əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları məlumat verib. Məlumatda bildirilir ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş. Bir neçə gün əvvəl komandiri tərəfindən döyülən əsgər iki gün əvvəl isə hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan əsgərin meyidi dunən Mingəçevir şəhərinə gətirilib. Baş verən hadisədən şoka düsən əsəgərin yaxınları meyidi gətirən hərbcilərə hücum edib. Nəticədə Dövlər Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib.


Yaxınları dəfn mərasimindən sonra Dövlət Sərhəd Xidməti ilə hesab çəkəcəklərini bildiriblər.