Sərhəddə silah-sursat tutulub

serhedde-silah-sursat-tutulub
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Sərhəd-2011" şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisindən 1 ədəd "Naqan" tipli tapança, 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı və 347 ədəd müxtəlif çaplı patronlar tapılıb.

Şəki rayonunun Vərəzət kəndi ərazisindən 1 ədəd "AKM" silahı, 1 ədəd qaz tapançası, 1 ədəd ov tüfəngi, 5 ədəd qumbara, 5 ədəd qumbara alışdırıcısı və 539 ədəd müxtəlif çaplı güllə tapılıb.

Oğuz rayonu ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 240 kiloqram olan 886 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Qax rayonu ərazisindən 1 ədəd "AKS" silahı, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı, 64 ədəd güllə və 3 ədəd güllə darağı tapılıb.

"Sərhəd-2011" əməliyyatları Azərbaycan və Rusiya sərhədində keçirilir və sentyabrın 25-dək başa çatması nəzərdə tutulur.