“Sərhəddəki əsgərlərin əlində silah yoxdur” - Ceyms Mettis

serheddeki-esgerlerin-elinde-silah-yoxdur
Oxunma sayı: 1277

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Latın Amerikası ölkələrindən ABŞ-a axın edən mühacirlərə mane olmaq üçün sərhədə göndərilən əsgərlərin silahsız olduğunu bildirib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, mediada əsgərlərin silahlı olduğu və sərhədi keçmək istəyən miqrantlara qarşı istifadə edəcəkləri yazılsa da, nazir bunu inkar edib: “Sərhəddəki əsgərlərin əlində silah yoxdur. Onlara təhlükə yaranarsa, sərhəd işçilərini qorumağı tapşırmışıq”. 

Qeyd edək ki, miqrantların sayının 7 mindən çox olduğu, onların 2300 nəfərini isə uşaqların təşkil etdiyi ehtimal olunur. Mühacirlərə qarşı sərhədə toplanan əsgərlərin dekabrın 15-də geri çəkiləcəyi bildirilir.