Sərhədi pozan qız və banqladeşlilər tutuldu

Sərhədi pozan qız və banqladeşlilər tutuldu
Oxunma sayı: 41

13.06.2017-ci il tarixdə saat 23:30 radələrində  Yardımlı rayonunun Alar kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərilib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Banqladeş Xalq Respublikası vətəndaşları, 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətən¬daşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıblar. 

Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının «Odlar Yurdu» və «Qərb» univer-sitetlərinin tələbələri olması müəyyənləşdirilib.

Həmin tarixdə  saat 23:50 radələrində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-cı il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycan Respublikasına keçməsi müəyyənləşdirilib.

Hər iki fakt üzrə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi