Sərhədi pozanlar saxlanıldı

serhedi-pozanlar-saxlanildi
Oxunma sayı: 735



“Qafqazinfo” Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, bu mübadilə nəticəsində keçirilmiş birgə sərhəd axtarışı zamanı 30 iyul 2013-cü il tarixdə Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozmuş 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri  tərəfindən saxlanılıb.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.