Sərhədi pozduqları üçün 40 nəfər saxlanılıb

serhedi-pozduqlari-ucun-40-nefer-saxlanilib
Oxunma sayı: 639

“Qafqazinfo” dsx.gov.az saytına istinadən xəbər verir ki, dövlət sərhədini pozduqları üçün 31 halda 40 nəfər saxlanılıb, onlardan 22 nəfəri Azərbaycan Respublikası, 4 nəfəri Özbəkistan, 3 nəfəri Tacikistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Malaziya, 2 nəfəri Pakistan, 2 nəfəri Əfqanıstan, 3 nəfəri digər ölkə vətəndaşları olublar.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 42 halda 57 nəfər saxlanılaraq barələrində tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 177nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 1 milyon 54 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 7862 qutu siqaret, 3750 ədəd kondensator, 67 ədəd spirtli içki, 1 baş at, 65 baş iribuynuzlu mal-qara, 84 ədəd mobil telefon, 1192 Azərbaycan manatı, 3100 ABŞ dolları, balıq ovlamaq üçün 200 ədəd qarmaq, 500 metr tor, müxtəlif növ dərman preparatları, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 5 mütəşəkkil cina-yətkar qrup ifşa edilərək zərərsizləşdirilib, dövlət sərhədindən qanunsuz keçirilmiş 37 kiloqram 232 qram narkotik maddə aşkar olunaraq götürülüb.


Günel