Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

serhedin-razilasdirilmamis-sahelerine-baxis-kecirilecek
Oxunma sayı: 930

Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə edib və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. 

Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış keçirilməsi planlaşdırılıb. 19-23 avqust tarixlərində ekspertlər ayrı-ayrı sahələrə birgə baxış keçirəcəklər və gələcək mərhələdə qalan digər razılaşdırılmamış sahələrə də baxış keçirməyi planlaşdıracaqlar.