Serial bitdi, saç kəsildi - Fotolar

serial-bitdi-sac-kesildi
Oxunma sayı: 3893

Baş rollarında Bergüzar Korel və Halit Ergençin oynadığı “Vətənim sənsən” serialı başa çatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın aktyor heyəti son seriyanı birlikdə izləyiblər.

Daha sonra baş tutan vida tədbirində Bergüzar Korel qısa saçları diqqət çəkib. Uzun saçları ilə görməyə vərdiş edilən aktrisanın saçlarını kəsdirməsi əsas müzakirə mövzusu olub.

Onun yeni imici yaxın dostları tərəfindən bəyənilib.