Serial çəkənlərin biri də artdı

serial-cekenlerin-biri-de-artdi
Oxunma sayı: 650

Hələlik onun layihəsi tam gerçəkləşməsə də, ilkin variant kimi həllini tapır. Bu barədə Milli.Az xəbər portalına rejissor özü məlumat verib. Qeyd edək ki, iki həftə ərzində Los-Ancelesdə olan və paytaxta yenicə dönən rejissor ilk öncə səfərindən söz açdı:

"Şəxsi səfər deyərdim. Bildiyiniz kimi, qızım Könül orada yaşayır. Neçə il idi ki, şagird kimi təhsil alırdı, bu ildən ali məktəbə daxil olub. Kinematoqrafiya sahəsində püxtələşir, belə deyək, davamçım olacaq. Ona baş çəkməyə getmişdim. İldə bir neçə dəfə bu cür səfərim olur. Qayıtdım və yenə işimin başındayam. Serial çəkilişinə gəlincə, hələ ki, yolun başlanğıcındayam. Hələlik danışıqlar gedir. Elə indi bunun üçün rəsmi qurum nümayəndələri ilə danışıqlara gedirəm. Bildiyiniz kimi, serial çəkilişləri ilə bağlı müvafiq qərar verilib və bu, işləmək üçün bizdə stimul yaradıb. Hələlik planlaşdırılan serialın mövzusu bəlli deyil. Tezliklə bu barədə danışmağa bol söhbətim olacaq".

Ülviyyə Könülün klip çəkilişlərindən getdiyi barədə də xəbərlər dolaşır. Amma klipmeyker kimi daha çox yaradıcılıq məhsulu olan Ülviyyə xanım xəbərin doğru olmadığını dildirdi.

"Belə bir niyyətim yoxdur, ola bilsin, son illər klip bazarındakı kasadlıq bəzi insanlarda belə bir fikir yaradıb. Təkliflər var və dəyərləndirməyi düşünürəm", - deyən rejissor söhbətini onun üçün aktual olan serial mövzusu ilə davam etdirdi.

Qeyd edək ki, hazırda ekranlara çıxarılan bir neçə serial varsa, onun ikisi bir qədər Türkiyənin seriallarının mövzusuna uyğunlaşdırılıb. Ülviyyə xanım bunun keçici durum olduğunu diqqətə çatdırdı:

"Bu sahədə bizə bir qədər təcrübə lazımdır. Qərar verilibsə, nəticəni hələ bir qədər sonra görə biləcəyik. Hələ püxtələşmə gedir. İnanıram ki, tezliklə bütün həmkar heyətlə birlikdə ekrana biri-birindən maraqlı seriallar təqdim edə biləcəyik".

Ülviyyə xanım yaxın gələcəkdə qızı Könülü də Azərbaycan kinematoqrafiyasında çalışanların sırasına qoşmağı düşünür. O, bu işdə övladına yardımçı olacağını qeyd etdi.