Serial idi, gerçək oldu - Fotolar

serial-idi-gercek-oldu
Oxunma sayı: 5222

"SHOW TV"də yayımlanan "Yeni gəlin" serialının braziliyalı ulduzu Cessika Mey layihədəki kimi Türkiyəyə gəlin gedib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa türk fotoqraf Hüseyn Kara ilə ailə qurub. Cütlüyün toyu Meyin vətəni Braziliyada keçirilib. 150 nəfər qonağın dəvət olunduğu gecədə Türkiyə mətbəxindən təamlar da təqdim olunub. Meylə Kara bal ayını Almaniyada keçirəcəklər. Onlar daha sonra Türkiyədə də sadə nikah mərasimi keçirəcəklər. 

Qeyd edək ki, Cessika "Yeni gəlin"də türk ailəsinə gəlin gələn ispan Bella obrazını canlandırır.