Serialı yarımçıq tərk etdi, 112 min cərimələndi

seriali-yarimciq-terk-etdi-112-min-cerimelendi
Oxunma sayı: 2785

Türkiyənin məşhur aktrisası Deniz Baysal TRT-də yayımlanan “Sevda Kuşun Kanadında” serialını yarımçıq tərk edib. “Qafqazinfo”nun məlumatına görə, buna səbəb aktrisaya başqa bir şirkətdən təklif gəlməsi olub.  

O, Fox TV-də “Rüzgarın kalbi” adlı ekran işində rol almağa başlayıb. Denizin bu addımı isə “Sevda Kuşun Kanadında”nın prodüser heyətini qəzəbləndirib. 

Serialı ərsəyə gətirən “Sonart Medya” aktrisanı məhkəməyə verərək müqavilə şərtlərini pozduğunu iddia edib. 

Onlar D. Baysaldan 112 min 545 lirə təzminat tələb edib. Baş tutan məhkəmə prosesində hakim aktrisanın əleyhinə qərar çıxarıb.