Şəriət cinsiyyət dəyişiminə nə deyir?- - Açıqlama

seriet-cinsiyyet-deyisimine-ne-deyir-
Oxunma sayı: 2233


“Qafqazinfo” xəbər verir ki, ilahiyyatçı Bəhruz Camalın analitik.az-a bildirdiyinə görə, lakin yaradılışdan müəyyən səbəblər üzündən ikili cinsiyyətə malik olan, hermofrodit canlıların mövcudluğu inkarolunmazdır. Çox təəssüf ki, ikili cinsiyyətlə dünyaya gələn şəxslər var:

“Həzrət Əliyə xonsalar (hermofrodit) barədə sual olundu ki, "Biz onların qadın və ya kişi meylli olmasını necə ayırd edək?" Həzrət də müəyyən xüsusiyyətləri (qadına xas və kişiyə xas) sadalayaraq onlarda bu xüsusiyyətlərə müvafiq olan meyllərin aşkarlanmasını və onlara ona uyğun davranılmasını buyurdu. Həzrət Əlinin bəyanının xülasəsi budur ki, yaradılışdan bu cür dünyaya gələn insanlarda qadına meyllilik çox olarsa, ona qadın, kişiyə meyllilik çox olarsa, ona kişi kimi yanaşılsın”.

B. Camal deyir ki, bir neçə əsr bundan öncə İbn Sina belə dünyaya gələn şəxslərin cərrahiyə yolu ilə cinsiyyətlərinin meylli olduğu istiqamətə doğru dəyişdirilməsinin mümkün olduğunu vurğulayıb: 

“Elmin, texnikanın inkişaf etdiyi bu dövrdə kişi meylliliyi olan bir hermofrodit cərrahiyyə nəticəsində özünü qadına məxsus olan orqanlardan azad edərək, tamam-kamal kişi kimi və yaxud da əksinə hiss etməsi niyə şəriətə ziddir?” 

İlahiyyatçı bildirdi ki, cinsiyyətin dəyişdirilməsində ikinci məsələ isə hormonal dəyişiklər nəticəsində yaranan ciddi problemlər və cinsiyyətin ikiləşməsidir. Bəzən bu dəyişikliklər o həddə gəlib çatır ki, kişi öz cinsinə dair bütün xüsusiyyətlərini, həmçinin qadın da bir qadın olaraq cinsinə dair bütün xüsusiyyətləri itirir: 

“Əlbəttə, ilkin mərhələdə problemin kökünü tapıb müalicə də etmək olar. Lakin bu problem elə bir həddə gəlib çata bilər ki, müalicəsi də qeyri-mümkün ola bilər və fərd aid olduğu cinsin deyil, həm fizioloji, həm də psixoloji cəhətdən əks cinsin bütün meyllərini əxz edər. Bu halda belə şəxslərin zahirdə itirdiyi cinsiyyətlə qalaraq qazanılma cinsiyyətinə uyğun rəftarlar etməsi cəmiyyətdə əxlaqsızlıq və ciddi fəsadların yayılmasına səbəb ola bilər. Bu baxımdan bəzi alimlər belə halda cərrahiyyə vasitəsi ilə bu problemin həllinə icazə veriblər. Əlbəttə, axırıncı qeyd olunan məsələ barədə din alimləri heç də yekdil rəydə deyillər və bəziləri bu halda belə əməliyyat vasitəsi ilə cinsiyyəti dəyişməyi qəti şəkildə qadağan ediblər”.