“Şerif” - “Qarabağ” matçının hakimləri açıqlandı

serif-qarabag-matcinin-hakimleri-aciqlandi
Oxunma sayı: 2903

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.

“Qafqzinfo” xəbər verir ki, UEFA avqustun 23-də Tiraspolda keçiriləcək bu oyunu avstriyalı hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi Harald Lexner olacaq. Ona yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbiç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yulian Veynberqer həyata keçirəcək.

21:00 Şerif – Qarabağ

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Veynberqer (hamısı Avstriya).

Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)

UEFA nümayəndəsi: Teyvo Holopaynen (Finlandiya)

Tiraspol. “Şerif” stadionu.