Şərif Şərifov çempion ola bilmədi

serif-serifov-cempion-ola-bilmedi
Oxunma sayı: 2436

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

“Qafqazinfo” xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.

İlk hissəni 0:3 hesabla uduzan Şərif, ikinci hissədən də 0:4 hesabla məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı.