Şərifova Prezidentin fərdi təqaüdü verildi

serifova-prezidentin-ferdi-teqaudu-verildi
Oxunma sayı: 3423

Prezident İlham Əliyev Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.