Şərikinə 150 min “atan” qadın məhkəmə qarşısında

serikine-150-min-atan-qadin-mehkeme-qarsisinda
Oxunma sayı: 1685

150 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Proses martın 27-də davam etdiriləcək. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün şikayət verib. 

İttihama görə, A.Rəhimova Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min pul alıb. Daha sonra “İphone “telefonu satmaq almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb. O, həmçinin Surxay Məmmədov adlı şəxsdən  qızıl əşyaları alıb satmaq adı ilə 55 min manat alıb. 

Murad Əhməd