Serj Sarkisyan baş nazir seçildi

serj-sarkisyan-bas-nazir-secildi
Oxunma sayı: 3362

Ermənistan parlamentinin bugünkü xüsusi iclasında eks-prezident Serj Sarkisyan baş nazir seçilib.

“Qafqazinfo” xəbər verir ki, Sarkisyanın namizədliyi leyhinə 77 deputat, əleyhinə isə 17-si səs verib. 

Xatırladaq ki, Sarkisyanın namizədliyi hakim Respublikaçılar və Daşnaksütyun partiyası tərəfindən irəli sürülmüşdü.