Serj Sarkisyan fırıldaqçılıqda şübhəli bilinir

serj-sarkisyan-firildaqciliqda-subheli-bilinir
Oxunma sayı: 1426

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adı bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıqla bağlı cinayət işində hallanır.

“Qafqazinfo”nun “Newsarmenia.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, “Kredit Yerevan” ASC və “Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə 2009-cu ilin 27 iyulunda açılmış cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarqsyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə faktiki sübutlar əldə olunub.

İstintaq zamanı müəyyən edilmiş dəlillər Xüsusi İstintaq Xidmətinə təqdim olunmaq üçün Baş Prokurorluğa göndərilib.