“Serjdən soruşun ki, əsgərlər alt paltarı tapmayanda o necə varlanıb?”

serjden-sorusun-ki-esgerler-alt-paltari-tapmayanda-o-nece-varlanib
Oxunma sayı: 2426

“Mənim baş nazirliyim dövrümdə ailə üzvlərimdən hansınınsa varlandığı müəyyən olunsa, o zaman dərhal barmaqlıqlar arasına salınmalıyam”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan mətbuat konfransında bildirib.

Eks-prezident Serj Sarkisyanın Yerevanda geniş mətbuat konfransına hazırlaşdığına dair informasiyanı şərh edən Paşinyan jurnalistlərə erməni ordusunda əsgərlər üçün alt paltarının çatışmadığı dövrdə ölkənin üçüncü prezidentinin ailə üzvlərinin milyonları haradan qazandığı ilə maraqlanmağı məsləhət görüb:

“Buna qədər o çoxlu suallara cavab verməlidir. Amma cavablandıra biləcəyini düşünmürəm. Nəinki Sarkisyan, həmçinin Koçaryan və digər keçmiş yüksək rütbəli məmurlar uşaqları, bacıları, qardaşları, kürəkənlərinin necə milyonçu olduqları barədə izahat verməli, əllərinə keçən hər bir dollara görə hesabat verməlidirlər. Məsələn, mənim ailəm bu postda olduğum müddətdə zənginləşməməlidir. Əgər bu baş versə, o zaman mənim yerim həbsxanadır”.

Paşinyan qeyri-qanuni olaraq varlanan keçmiş yüksək vəzifəli məmurların əksəriyyətinin qanun qarşısında cavab verməmək üçün ölkədən qaçdıqlarını açıqlayıb.