“Şerlərim ələ keçsə, məni edam edərlər”

serlerim-ele-kecse-meni-edam-ederler
Oxunma sayı: 650

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri əslən azərbaycanlı olan Azəri Həbib təxəllüsü ilə yazan iranlı şair deyib. İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan 33 yaşlı şair və gənc fəal hakimiyyətin təzyiqi üzündən İrandan qaçaraq Türkiyədə yaşamaq məcburiyyətində qalıb: “Bizim qəzetlər və kitablar farsca nəşr olunur. Baxmayaraq ki, biz əhalinin 55%-ni təşkil edirik bizə doğma dildə oxumağa və yazmağa icazə vermirlər”. Azərbaycanlıların təzyiq və təhqirlərə məruz qaldığını deyən Həbib azərbaycanlıların qəzetlərdə əxlaqsız olaraq təqdim edildiklərini, onların fikirlərinə hörmət edilmədiyini bildirib: “Filmlərdə bizə ancaq zibilyığan rolunu verirlər. Biz bütün bunlara qarşı etiraz səsimizi ucaltdıq, lakin bəzilərimizi həbs etdilər və onlar hələ də türmədədirlər”.

Səidə