Sərnişin avtobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + Video

sernisin-avtobusa-kartsiz-minmek-istedi
Oxunma sayı: 4299

Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə metorunun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.

Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.