Sərnişin avtobusu aşaraq yanıb - 14 ölü, 26 yaralı

Sərnişin avtobusu aşaraq yanıb
Oxunma sayı: 29

Ekvadorda yol qəzası nəticəsində sərnişin avtobusu aşaraq yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

Məlumata görə, avtobus paytaxt Kitodan La-Mana şəhərinə gedirmiş. Məlum olmayan səbəbdən avtobus magistralda aşaraq yanmağa başlayıb.

Qəza nəticəsində azı 14 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Polis qəzanın başvermə səbəblərini araşdırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi