Sərnişin avtobusu aşdı- - Xəsarət alanlar var

sernisin-avtobusu-asdi-
Oxunma sayı: 1275


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, 90 AM 068 dövlət nömrə nişanlı “Hyundai” markalı sərnişin avtobusu aşıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – Quba rayonu, Küpçal kənd sakini, 1977-ci il təvəllüdlü Məhərrəmov Dönməz Bağır oğlu, onun bacısı -  1975-ci il təvəllüdlü Məhərrəmova Gülzar Bağır qızı, Quba rayon, Küpçal kənd sakini Məhərrəmova Kifayət Əjdər qızı və Xaçmaz rayonu, Gödəkli kənd sakini, 1985-ci il təvəllüdlü Şərifova Şəlalə Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.