Sərnişin avtobusu qəzaya uğradı - Fotolar

sernisin-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 2079

Abşeronda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, “AAAF” park-yaşayış kompleksinin qarşısında baş verib.

523 nomrəli, 50-AE-485 dövlət seriya nişanlı sərnişin avtobusu “BYD” markalı, 99 AK 223 dövlət seriya nişanlı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.