Sərnişin avtobusu qəzaya uğrayıb - 40 yaralı

sernisin-avtobusu-qezaya-ugrayib
Oxunma sayı: 914

Kubada sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” “Ren.tv”yə istinadən xəbər verir ki, bu barədə Kuba xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Syeqo-de-Avila vilayətində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Nəticədə 40 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.