Sərnişin daşımaları ilə bağlı qaydalarda yenilik

Sərnişin daşımaları ilə bağlı qaydalarda yenilik
Oxunma sayı: 1119

Baş nazirin birinci müavini Yaqub Eyyubov “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 fevral tarixli 1225 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə sözügedən qaydaların 3.3-cü bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilib:

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi