Sərnişin qatarlarında qiymətlər enəcək

sernisin-qatarlarinda-qiymetler-enecek
Oxunma sayı: 774


“Qafqazinfo” xəbər verir ki, bunu APA TV-yə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, bu ilin fevral ayından «Rusiya Dəmir Yolları» ASC öz ərazisində beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərini 25-30 faiz qaldırıb. Bununla əlaqədar olaraq «Rusiya Dəmir Yolları» ASC tərəfindən öz ərazisində sərnişin qatarlarında gediş tariflərini aşağı salınması məqsədilə “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi 9 iyun 2014-cü ildə müvafiq müraciət edib və ikitərəfli görüş keçirib. Nəticədə "Rusiya Dəmir Yolları" ASC Azərbaycan tərəfinin şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarının kupe və SV vaqonlarında gediş haqlarının baza dəyərinin əmsalının indeksasiya edilməsi təklifini bəyənib. Bundan sonra qərara alınıb ki, 15 sentyabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən sərnişin qatarlarında gediş haqqı tariflərinə dəyişiklik edilərək aşağı salınsın.