Sərnişin Rusiya təyyarəsini Əfqanıstana uçurmağa çalışır - Həyəcanlı anlar

sernisin-rusiya-teyyaresini-efqanistana-ucurmaga-calisir
Oxunma sayı: 2451

Surqut-Moskva aviareysində fövqəladə vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfax” mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, sərnişinlərdən biri uçuş zamanı təyyarənin istiqamətini dəyişərək Əfqanıstana getməsini tələb edib. 

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat yoxdur. 

***

Hadisənin digər detalları məlum olub. Belə ki, “Aeroflot” şirkətinə məxsus sərnişin təyyarəsinin istiqamətini dəyişməyə çalışan şəxs Pavel adlı 41 yaşlı kişidir. 

Moskvaya uçması planlaşdırılan təyyarə yaranmış fövqəladə durumla əlaqədar Rusiyanın Xantı-Mansi şəhərinə eniş etməyə hazırlaşır. 

“Aeroflot” və Antiterror Komitəsi hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.

***

Rusiya KİV-i Pavel adlı şəxsin fotosunu yayıb. Onun daha əvvəl oğurluq, narkotik və xuliqanlığa görə həbs edildiyi yazılır.