Sərnişinlə dolu avtobusla yanacaq dolduran sürücü cərimələndi - Video

sernisinle-dolu-avtobusla-yanacaq-dolduran-surucu-cerimelendi
Oxunma sayı: 2957

İyulun 2-də Bakı-Sumqayıt yolunda 142 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı 10 TG 614 dövlət nömrə nişanlı sərnişin avtobusu sərnişinlə dolu halda yanacaqdoldurma məntəqəsinə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, həmin vaxt avtobusu Beyləqan rayon sakini 41 yaşlı Əsədov Rasim Fazil oğlu idarə edib. Saat 19:35 radələrində avtobus sərnişinlərlə tam dolu olduğu vaxtda o, avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub və qısa müddət sonra oranı tərk edib. Həmin məsələ Kütləvi İnformasiya Vasitələrində yanlış olaraq işıqlandırılıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bəzi elektron informasiya vasitələrində və telekanallarda məsələ “Sərnişin avtobusunun yanacaqdoldurma məntəqəsinə çırpılması” şəklində işıqlandırılıb. Lakin avtobus sadəcə yanacaqdoldurma məntəqəsinə daxil olub və yanacaq vurulduqdan sonra oranı tərk edib.
 
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət Bölüyünün əməkdaşları həmin sürücünü yanacaqdoldurma məntəqəsinin kamerası vasitəsi ilə aşkar edib, görüntülərə baxış keçirib. Faktla əlaqədar Əsədov Rasim Fazil oğlu barəsində İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub və sürücü 60 manat məbləğində cərimə edilib.