Sərnişinlər aviabiletlərini cəriməsiz dəyişə və qaytara bilərlər

sernisinler-aviabiletlerini-cerimesiz-deyise-ve-qaytara-bilerler
Oxunma sayı: 647

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” Bakıdan uçuş üçün aviabilet almış sərnişinlərə müraciət edib. “AZAL” bildirir ki, hava şəraiti ilə bağlı bəzi aviareyslər təxirə salına və ya gecikə bilər. Buna görə də sərnişinlərə hava limanına gəlməmiş məlumat büroları ilə əlaqə saxlamaq tövsiyə olunur. Təxirə salanın reyslərlə əlaqədar olaraq sərnişinlər biletlərini avikassalara qaytara bilərlər. Bunun müqabilində sərnişinlərdən heç bir cərimə istənilməyəcək.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar reyslərin gecikməsi və təxirə salınması istisna olmaqla başqa hallarda əgər sərnişinlər biletlərini dəiyşmək və qaytarmaq istəsələr müəyyən cərimə ödəməlidirlər. Belə ki uçuş tarixindən asılı olmayaraq qaytarma zamanı birtərəfli biletlərə görə 50 avro, gediş dönüş olan biletlərə görə isə 100 avro cərmə tutulur.

Uçuşdan sonra qaytarma zamanı isə bir tərəf olan biletlərə görə 75, gediş dönüş olan biletlərə görə isə 125 avro cərimə tutulur. Vaxtı dəyişmək üçün isə uçuşdan əvvəl biletini dəyimək istəyən sərnişinlərdən 40, uçuşdan sonra isə 65 avro cərimə istənilir. Bütün bu şərtlər isə sərnişinlər bilet almamışndan qabaq razılaşdırılr.

anspress