Sərnişinlərin xahişi ilə bu marşrutların yolu dəyişdi

sernisinlerin-xahisi-ile-bu-marsrutlarin-yolu-deyisdi
Oxunma sayı: 644

Çoxsaylı vətəndaş müraciətləri nəticəsində 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib.

Bakı Nəqliyyat Agentliyindən  “Qafqazinfo”ya daxil olan məlumata görə, nəticədə, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklər əsasında avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Yeni sistem aşağıdakı kimi olacaq:

11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək.

Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməkləç Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.

71 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Azadlıq prospekti" stansiyasından "Baksol yolu" adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.