“Şeron” özünü şanslı hesab edir

seron-ozunu-sansli-hesab-edir
Oxunma sayı: 766


“Qafqazinfo”ya açıqlamasında qrup üzvü Ülvi Cəfərov hər zaman doğru mahnı seçimi etdiklərini bildirib:

 “ Zövq, məsuliyyət, şans, doğru seçim və zəhmət - bizim müvəffəqiyyətimizin sirri budur. Qrup olaraq hər zaman axtarışdayıq, nəsə yeni, fərqli kliplər, mahnılar təqdim etməyə çalışırıq. Qrupumuzun hər bir üzvü öz işinə məsuliyyətlə yanaşır, mahnı seçimində tamaşaçının zövqünü, istəyini nəzərə alır. Bəzi tamaşaçılar şən, oynaq mahnılar sevir, bəziləri isə  romantik, sevgi notları üzərində qurulan musiqiləri dinləyir. Dinləyicinin istəyi, tələbi mütləq nəzərə alınmalıdır. Çünki biz bütün mahnılarımızı onlar üçün ifa edirik. Mahnılarımızın sevilməyinin əsas səbəblərindən biri də şansdır. Hər zaman şans bizə kömək olur, bəxtimiz gətirir. Çox şadam ki, dinləyicilər bizi və musiqilərimizi sevir, bizə dəstək olur”.

Könül