Sertifikat əldə etmiş namizədlərin nəzərinə

sertifikat-elde-etmis-namizedlerin-nezerine
Oxunma sayı: 1013

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib. Vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. 

Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.