Sərvət Çətin “Qalatasaray”dan gedir

Sərvət Çətin “Qalatasaray”dan gedir
Oxunma sayı: 267

Qol.Az-ın məlumatına görə, komandası ilə müqaviləni uzatmadığı üçün ilk 11-likdəki yerini də itirən Sərvətə artıq yeni təklif gəlib. Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi "Trabzonspor" klubunun baş məşqçisi Şenol Günəş Sərvəti komandasında görmək istəyir.

Qış transfer pəncərəsi dönəmində "Qalatasaray"dan ayrılmaq istədiyini bildirən futbolçu "Trabzonspor"un təklifini müsbət qarşılayıb: "Hələlik bu barədə dəqiq bir şey deyə bilmərəm. Ancaq qış fasiləsində "Qalatasaray"dakı vəziyyətim dəyişməzsə, komandanı tərk edəcəyəm. Ola bilsin ki, heç gözləmədən Trabzona getdim".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi