Sərvəti 150 milyard dolları ötdü

serveti-150-milyard-dollari-otdu
Oxunma sayı: 3680

Elektron ticarət lideri “Amazon” şirkətinin qurucu Ceff Bezosun sərvəti 1 gündə 1,2 milyard dollar artıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, sahibi olduğu şirkətin hissələri Nyu-York birjasında 1.831 dollara yüksəldiyi üçün Bezosun da sərvəti 1 gündə 1,2 milyard dollar artıb.

Beləliklə, hazırda dünyanın ən varlı şəxslərinin siyahısında birinci yerdə olan biznesmenin varidatı da 150,2 milyar dollara çatıb. İkinci pillədə isə 93,7 milyard dollarla “Microsoft” şirkətinin qurucusu Bill Qeyts yer alıb.

Şirkətlər siyahısında “Apple” 940 milyard dollarla birinci, “Amazon” 888 milyard dollarla ikincidir.