Sərvətini bir gündə 2,3 milyard dollar artırdı

servetini-bir-gunde-23-milyard-dollar-artirdi
Oxunma sayı: 2760

“Amazon” şirkətinin təsisçisi və dünyanın ən varlı şəxsləri siyahısında birinci yerdə olan Ceff Bezosun sərvəti bir gündə 2,3 milyard dollar artıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu, “Amazon Prime” servisinin istifadəçi sayının 100 milyonu keçməsinə görə baş verib.

Birja hərraclarında “Amazon”un səhm qiymətləri 2,7% yüksəlib. Şirkətin bazar qiyməti isə 753,7 milyard dollara çatıb.

“Forbes”in məlumatına görə, Bezosun ümumi sərvəti 1,8 % (2,3 milyard dollar) yüksələrək 128,8 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Amazon Prime” xidmətinin illik abunə haqqı 99 dollar təşkil edir. İstifadəçilər bu servis vasitəsilə istədikləri sayda məhsul sifariş verə və sifariş verdikləri məhsulları 2 gün ərzində pulsuz çatdırılma ilə əldə edə bilərlər. 2017-ci ildə “Prime” istfadəçiləri ümumilikdə 5 milyarddan çox məhsul sifariş veriblər.