Sərxoş atasına 20 bıçaq vurub öldürdü

serxos-atasina-20-bicaq-vurub-oldurdu
Oxunma sayı: 633

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirlənsirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il yanvarın 4-də gecə saat 23:00 radələrində Bakının Binəqədi rayonunun Müşviqabad qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu evlərində atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov atasına 20 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Məlumata görə, M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. 

Murad Əhməd