Sərxoş kişi kanala yıxılıb

serxos-kisi-kanala-yixilib
Oxunma sayı: 860

Ağstafada kişi kanala yıxılaraq xəsarət alıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayon sakini Orucov Əziz Fəxrəddin oğlu içində su axmayan kanala yıxılaraq xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Ə. Orucov sərxoş olduğu üçün müvazinətini itirib. 

Elmar Əli