Sərxoş yepiskop həbs olundu

serxos-yepiskop-hebs-olundu
Oxunma sayı: 641

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, 61 yaşlı Robert MakManus ABŞ-ın ən aparıcı katolik kilsəsi rəsmilərindən sayılır. Onun sərxoş halda qəza törətməsindən sonra yol qəzasının digər iştirakçısı dərhal polisə zəng vurub və hadisə barədə məlumat verib. Bundan bir qədər sonra katolik keşişi saxlanılıb. İndi o həm törətdiyi avtomobil qəzasına görə, həm sərxoş halda avtomobil idarə etdiyinə görə, həm də mühakimədən yayındığına görə cavab verməli olacaq.