Səsvermə zamanı doğdu - Adını “Seçki” qoydu

sesverme-zamani-dogdu
Oxunma sayı: 742

Keniyada keçirilən ümumxalq səsverməsində maraqlı hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Qərbi Pokot vilayətində səs vermək üçün seçki məntəqəsi qarşısında növbə gözləyən Paulina Çemananq adlı qadının doğuş sancıları başlayıb.

Qadın ətrafdakıların köməkliyi ilə uşağı məntəqənin qarşısında qız övladı dünyaya gətirib.

Doğuşdan sonra qadın xəstəxanaya yerləşdirilib. Qadın müayinə edildikdən sonra məntəqəyə geri qayıdıb və səsvermədə iştirak edib.

Körpəyə isə yerli dildə seçki mənasına gələn Chepkura adı qoyulub.