Səudiyyə Almaniyadakı səfirini geri çağırdı, nota göndərdi

seudiyye-almaniyadaki-sefirini-geri-cagirdi-nota-gonderdi
Oxunma sayı: 1717

Almaniya XİN rəhbəri Ziqmar Qabrielin sözləri diplomatik qalmaqala səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmin çıxışdan sonra Ər-Riyad məsləhətləşmələr üçün Berlindəki səfirini geri çağırıb. Eyni zamanda, Səudiyyə Ərəbistanındakı Almaniya səfirinə nota təqdim edib. 

Qalmaqala səbəb XİN rəhbəri Qabrielin Livan baş naziri Saad Hariri ilə baş tutan görüşü zamanı Səudiyyənin ünvanına səslədirdiyi ittihamlar olub.

Ər-Riyad Qabrielin sözlərini “çirkli və əsassız” adlandırıb. Həmin bəyanatın nədən ibarət olduğu qeyd edilmir. 

Qeyd edək ki, daha əvvəl Livan baş naziri Haririr öz postundan istefa verdiyini açıqlamışdı. 

Bəzi ekspertlər hesab edirlər ki, livanlı siyasətçi bu addımı Ər-Riyadın təzyiqi ilə atıb.