Səudiyyə Ərəbistanı da etiraz aksiyalarına başladı

seudiyye-erebistani-da-etiraz-aksiyalarina-basladi
Oxunma sayı: 635

İslamazeri.az-ın ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, Səudiyyənin şərqindəki Şərqiyə əyalətinin Qətif şəhərində nümayiş keçirilib. Minlərlə insan iqtidardakı ali-Saud rejiminin əleyhinə şüarlar səsləndirib, ölkədə islahatların aparılması, siyasi məhbusların azad edilməsini tələb ediblər.

Qeyd edək ki, 2011-ci ilin əvvəlindən başlayaraq Səudiyyə Ərəbistanında xalq nümayişləri keçirilir. Lakin Səudiyyə təhlükəsizlik qüvvələri dinc nümayişçilərə qarşı zəhərli qazlar, rezin dəyənəklərdən hətta silahdan da istifadə edirlər. Bunun nəticəsində onlarla insan həlak olub, yüzlərlə adam yaralanıb və həbs olunub.