Səudiyyə Ərəbistanı kralı ölüb - İddia

seudiyye-erebistani-krali-olub-iddia
Oxunma sayı: 632

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Əl Şarq Əl Avsat” qəzeti xəbər yayıb.

Qəzetin iddiasına görə, 89 yaşlı kralın uzun müddətdir ki, ictimaiyyət arasında görünməməsinə səbəb onun ötən çərbənbə günü kliniki olaraq dünyasını dəyişməsidir.

Xəbərdə Abdullahın ürək, böyrək və ağciyər kimi orqanlarının fəaliyyətinin dayandığı, həkimlərin onu həyata qaytarmaq üçün bir neçə dəfə elektroşok verdiyi, onun hazırda xüsusi tənəffüs cihazına qoşulduğu bildirilir.

İddia ilə bağlı Səudiyyə Ərəbistanı sarayından hələ ki, açıqlama verilməyib.

Aynur